Vətəndaşlardan odlu silah götürülüb
14 Yanvar 2016 15:41 KriminalKürdəmir sakinidə odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Qulu Heybətovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb. Həmçinin Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Rəhimovdan "AKM" markalı silah, 4 patron darağı və 22 ədəd patron götürülüb. Hər iki Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31