Keçmiş məhkum evdən qızıl aparıb

Sumqayıtda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də şəhər sakini Səbinə Süleymanovanın evindən qızıl və bəzək əşyaları oğurlamış şəxs tutulub. Arşdırma zamanı saxlanan Mahir İmanovun ev sahibinin həmyerlisi olduğu və əvvəllər məhkum edildiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31