Neftçala sakinindən narkotik maddə götürülüb

Neftçala sakinində narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Tanrıverdiyevdən 10 qram marixuana, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 660 qram marixuana da aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31