Deputatın evindən oğurluq edilib

Evə girən oğru çox şey apara bilməyib

Bu gün Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynovun evinə oğru girib. Bu barədə APA-nın Gürcüstan bürosuna keçmiş deputatın özü məlumat verib.

Onun sözlərinə görə, evə girən oğru çox şey apara bilməyib: "Evdə stolun üstündə 25 manat pul var idi. Oğru 25 Azərbaycan manatı pul və bir odekolon qutusu götürüb. İndi hadisə yerində polis araşdırma aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31