Aeroportda çantadan bıçaq və elektroşok çıxdı
13 Yanvar 2016 17:16 KriminalMoskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əkbər Mustafayevin baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq və elektroşok cihazının təsvirləri görünüb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin baqaja təkrar baxış zamanı Ə.Mustafayeva məxsus idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış 1 ədəd bıçaq və qutuya qablaşdırılmış 1 ədəd elektroşok cihazı aşkar edilərək götürülüb. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən bıçaq bir tərəfı kəsici və ucu deşici xassəyə malik süngu-bıcaq formasında hazırlanmış soyuq silahdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31