Bakıda dəhşətli yanğın
2 nəfər xəsarət alıb
13 Yanvar 2016 17:28 KriminalPaytaxt Bakıda vətəndaşa məxsus evdə yanğın baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 12-də saat 01 radələrində Nərimanov rayonunun Atatürk prospektində yaşayan Afiq Abdulayevin evində təbii qazın sızmasından yanğın baş verib. Nəticədə yanıq xəsarəti almış A.Abdullayev və qohumu Xuraman Həsənova xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31