Kikboksinq üzrə Azərbaycan çempionatı keçiriləcək

Fevralın 15-dən 17-dək kikboksinq üzrə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" adı altında XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, çempionatın keçirilməsində məqsəd 2016-ci ildə dünya, Avropa çempionatlarında, beynəlxalq və peşəkarlar arasında turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Federasiyanın prezidenti Adil Əliyev artıq belə yarışların hər il keçirildiyini qeyd edib: "Gənclər arasında belə tədbirlərin keçirilməsində əsas məqsəd idmanın inkişafına dəstək olmaq, kütləviliyi təmin etmək, xüsusilə, gənclərdə vətənpərvər ruhunu gücləndirmək, onların pis vərdişlərdən, xüsusilə də narkomaniyadan uzaq olmalarına dəstək verməkdən ibarətdir. Bu gün gənclər arasında kikboksinqə böyük maraq yaranıb. Azərbaycan Kikboksinq Federasiyası ölkənin idman həyatında fəal rol oynayır",

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31