Həmyerlisini bıçaqlayan tutulub

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində rayon sakini Əhliyyət Kərimzadə həmyerlisi Emin Novruzova bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Laçın RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Kərimzadə tutulub. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31