Saxta əskinaz satan yaxalanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Röyal Nəsirov 20 ədəd saxta 100 manatlıq əskinası satarkən tutulub. DİN-dən verilən məlumata görə, onun paytaxtın Nərimanov rayonunda kirayədə yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 39 ədəd 5 manatlıq saxta əskinaslar, habelə printer və pul kəsmək üçün alət də aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31