Hədə-qorxu ilə pul tələb edən tutulub
13 Yanvar 2016 18:10 KriminalSumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Sumqayıt şəhər sakini Mehman Məmmədov Xaçmaz rayon sakini Cəlal Məmmədova hədə-qorxu gəlib 3000 manat alarkən tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31