Qoyun oğruları saxlanıb
12 Yanvar 2016 16:09 KriminalAğdam rayonunda qoyun oğurluğu ilə məşğul olan şəxslər tutulub. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon sakinləri Cəfər Mahmudova, Vəliş Rəhimova və Fədai Əsədova məxsus yardımçı təsərrüfatlardan ümumilikdə 21 baş qoyun oğurlamış Ağcabədi rayon sakini Əlehsan Piriyev tutulub. Oğurluqda iştirak etmiş digər şəxs isə müəyyən edilib. Həmçinin Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon sakinləri İsrafil Bayramova və Asif Şəfiyevə məxsus yardımçı təsərrüfatlardan 10 baş qoyun oğurlamış Göygöl rayon sakini Zamin Alışanov və Goranboy rayon sakini Mehman Quliyev tutulublar. M.Quliyevin Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.