Pirallahı rayonunda vətəndaşa məxsus 1 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31