Cəlilabadda 4 otaqlı ev yanıb

Cəlilabad rayonu, Əlıqasımlı kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nmazirliyindən verilən məlumata görə, nəticədə 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31