Balakəndə yardımçı tikili külə dönüb

Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın baş verib. Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, nəticədə ümumi sahəsi 72 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31