Sevdiyi qızı qətlə yetirən şəxsin məhkəməsi təxirə salınıb
12 Yanvar 2016 11:33 KriminalBu gün Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı qətlə yetirən İzzət Hüseynovun şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb. Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov prosesdə iştirak etmədiyi üçün məhkəmə prosesi yanvarın 19-a qədər təxirə salınıb.
Qeyd edək ki, keçən il aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31