Kartof oğruları ələ keçib

Yanvarın 8-də Masallı dəmir yolu stansiyasında yük vaqonundan Cəlilabad rayon sakini Müseyib Ağayevə məxsus 2727 kiloqram kartof oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Samir Abbasov, Nicat Əkbərov, Yaşar Rüstəmov, Mirmərdan Cəfərov və qardaşı Mirsaleh saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31