Göygəldə qətl hadisəsi baş verib

Göygöl rayonunun Şəhriyar kəndinin meşə zolağında rayon sakini Şahsəyid Sayfronov həmyerlisi Rəşad Əliyevə bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, R.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Sayfronov tutulub. İlkin araşdırma nəticəsində hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31