Avtomobil oğruları ifşa edilib

Yanvarın 9-da Göyçay RPŞ əməkdaşları tərəfindən "Mercedes" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. DİN-dən verilən məlumata görə, avtomobilin sürücüsü sürücüsü, rayon sakini Xəyal Ömərov şübhə doğurduğundan RPŞ-yə gətirilib. Araşdırma zamanı qeyd edilən avtomobilin ötən il dekabrın 23-də Şamaxı rayonu ərazisindən qaçırılmış Murad Allahverdiyevə məxsus "Mercedes" markalı avtomobil olması müəyyən edilib və aidiyyəti üzrə Şamaxı RPŞ-yə təhvil verilib. X.Ömərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mehralı Mehralıyev və rayon sakini Elgün Kərimovla birgə ötən ilin noyabr-dekabr ayları ərazində Miryaqub Əmirova məxsus "Mercedes", Zabit Mirqədirova və Əlibrahim Pənahova məxsus "VAZ" markalı avtomobilləri qaçırması da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Mehralıyev və E.Kərimov da tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31