Azərbaycanda Rusiya vətəndaşının evindən xeyli miqdarda pul və qızıl oğurlanıb
11 Yanvar 2016 13:43 KriminalAzərbaycanda Rusiya vətəndaşının evindən xeyli miqdarda pul və qızıl oğurlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Rusiya Federasiyası vətəndaşı Ramid Tağıyevə məxsus evdən 10 000 ABŞ dolları və 4000 manat dəyərində qızıl əşyalar oğurlamış Muğan kənd sakini Əliqismət Dövlətov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31