Xırdalanda yanan evdən 5-i uşaq olmaqla 25 adam çıxarıldı

Abşeron rayonu, Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.Milli.Az FHN-ə istinadən bildirir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla 25 nəfər sakin təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.Yanğın saat 14:44-də söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31