Yeni il gecəsi damdan evə girən "Şaxta baba" tutuldu

Bakıda Yeni il gecəsi baş verən oğurluq hadisəsinin üstü açılıb.

qafqazinfo  bildirir ki, Nərimanov rayonunda yanvarın 1-də, gecə saat 01 radələrinə Bakı sakini, 1964-cü il təvəllüdlü Çahçud Ağamalıyevin evinə binanın damından eyvana düşərək oradan evə keçməklə oğurluq edilib.

Evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Nərimonov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini, 1990-cı il təvəllüdlü Samir Əzməmmədov saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31