Bakıda Avstriya idmançılarının vurulması işi üzrə məhkəmə başladı
8 Yanvar 2016 21:06 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş vermiş avtobus qəzası ilə bağlı təqsirləndirilən şəxslərin - sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmişlər məhkəmədə iştirak etmədiyinə görə, proses yanvarın 15-ə qədər təxirə salınıb. Zərərçəkmişlərin məhkəmədə iştirakını təmin etməklə bağlı danışıqlar aparılacaq.
Qeyd edək ki, 11 iyun, 2015-ci ildə I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri VanessaSahinoviçə və LunaPacerə bədən xəsarətləri yetirib. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Elçin Həsənov həbs olunublar.