Oğurluğun üstü 2 aydan sonra açıldı
8 Yanvar 2016 15:23 KriminalBakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 27-də Tural Səfərova və Rizvan Abdiyevə məxsus mağazalardan danışıq kartları, tütün məmulatı və spirtli içki oğurlamış Bakı şəhər sakini Cavidan Bağırov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31