Bakı sakininin qolu bağlı meyiti evində tapılıb

Bakı şəhər sakini evində qətlə yetirilib. DİN-dən verilən məlumata görə, yanvarın 7-də Bakı şəhər sakini Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti paytaxtın Nizami rayonunun M.Rüstəmov küçəsindəki evində tapılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31