Qaxda at oğrusu saxlanıb
8 Yanvar 2016 15:16 KriminalQax rayonunda heyvan oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 5-də və dekabrın 24-də rayon sakini Bəkir Nəsibova və qardaşı Şakirə məxsus yardımçı təsərrüfatlardan 1 baş inək və 1 rəst at oğurlamış həmyerliləri Rüstəm Osmanov və əvvəllər məhkum olunmuş Ümidvar Abdulrəhmanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31