Talvar içərisində “Qazel”lə birgə yanıb

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan lambirdən ibarət talvarda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, nəticədə talvarın yanar konstruksiyaları 10 kv.m sahədə və talvarın altında "Qazel" markalı sərnişin mikroavtobusunun mühərriki və salon hissəsi qismən yanıb. Mikroavtobusun və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31