İsmayıllı rayonu, Ruşan kəndində vətəndaşa məxsus tövlədə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ümumi sahəsi 77 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 10 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31