Qoz şirniyyatının içərisindən tiryək çıxdı

Penitensiar xidmətin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,
 həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş 1986-cı il təvəllüdlü təqsirləndirilən şəxs Salahov Vahid İsrafil oğluna vətəndaş Həşimov Sənan Seyran oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qoza bənzər içi kremli şirniyyatın içərisində 2(iki) ədəd sellofan bükülüdə ümumi çəkisi 0,55 qr. olan narkotik maddə - "marixuana", 3(üç) ədəd ümumi çəkisi 2,577 qr. olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31