Tovuzda ikimərtəbəli bina yanıb

Tovuz rayonu, Xatınlı kəndində ikimərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 5 kv.m sahədə yanıb və taxtadan ibarət divar üzlüyü 3 kv.m qaralıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31