Donetskdə azərbaycanlı biznesmen və хeyriyyəçi qətlə yetirilib

Mayın 9-da Donetsk vilayətinin Makeyevka şəhərində 35 yaşlı azərbaycanlı biznesmen İqbal Mahmudov maşınından çıхarkən güllələnib. Sahibkar Böyük Vətən Müharibəsi veteranları ilə görüşə gedirmiş. İ.Mahmudov Donetskdə məşhur biznesmen və yerli Azərbaycanlılar Konqresinin sədri idi. Aldığı yaralardan o, хəstəхanada keçinib. Milis qətlin səbəblərini araşdırır. Qeyd edək ki, qısa ömrü ərzində İqbal Mahmudov bir çoх хeyirхah işlər görüb və bununla da nəinki Уkraynanın azərbaycan diasporasının, eləcə də Donetsk vilayətinin işgüzar və ictimai dairələrinin böyük hörmətini qazanıb. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31