Mağazanı qarət edən ələ keçdi

Ağdamda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də rayon sakini Məlahət Səmədovaya məxsus mağazadan 500 manat və ərzaq məhsulları oğurlamış həmyerlisi İlkanə Nəcəfova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31