Bakıda qaçırılan maşın Qubada saxlanıb
7 Yanvar 2016 16:05 KriminalYanvarın 6-da Binəqədi rayonunun Biləcəri qəsəbəsindən qəsəbə sakini Şükür Zülfəliyevə məxsus "VAZ-21015" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobilin həmin gün Bakı-Quba yolunda hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. BDYPİ və Quba RPŞ DYPB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Quba rayonu ərazisində saxlanılıb, onu idarə edən Bakı şəhər sakini Sərxan Əhmədov və sərnişinləri, paytaxt sakinləri Zülfüqar Hüseynov, Valeh Şükürov və Günel Şahhüseynova Quba RPŞ-yə təhvil veriliblər. Araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31