Şamaxı sakinindən tapança götürülüb
7 Yanvar 2016 16:04 KriminalŞamaxı rayon sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əliyevdən nömrəsi silinmiş "Naqan" markalı tapança götürülüb. Ə.Əliyevə tapançanı satmış həmyerlisi Rövşən Sultanov da müəyyən edilərək tutulub. Həmçinin Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən 2 ədəd küstar üsulla hazırlanmış tapança, 2 ədəd qumbara, 57 ədəd müxtəlif çaplı patron, 2 ədəd alışdırıcı, 1 ədəd patron darağı və mexaniki elektrik ötürücüsü tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31