İrandan natkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Yusra Əliyevanın üzərində şəxsi yoxlama nəticəsində ondan 1 ədəd bağlamada, ümumi xalis çəkisi 127,760 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrükİdarəsinin "Qoşa Təpə" gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Rostamnejadlankan Majıd Askarının üzərində şəxsi yoxlama zamanı ondan 8 ədəd bükümdə, cəmi 38 ədəd metadon adlı həb aşkar edilərək götürülüb. Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir. Hər iki faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31