Həbsxanadan 100-ə yaxın məhkum qaçdı-ŞOK!
16 Oktyabr 2012 10:15 KriminalQaçış zamanı atışma olub, həbsxananın ərazisində alov və tüstü görünüb.Lviyanın paytaxtı Tripolidəki həbsxanalardan birində kütləvi qaçış olub. ANS PRESS İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ərəb telekanalları yayıblar. "Əl Cadida" cəzaçəkmə müəssisəsinin 100-ə yaxın məhkumu artıq azadlıqdadır.Təhlükəsizlik qüvvələri məhkumları axtarır. Son məlumatlara görə, qaçan məhkumlardan 64-ü yaxalanıb.
Şahidlər bildiriblər ki, qaçış zamanı atışma olub. Həbsxananın ərazisində alov və tüstü görünüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31