Abşeron rayonunda fəaliyyət göstərən sexdə yanğın hadisəsi baş verib. "Olaylar"-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 200 kv.m olan sexin içərisində dəzgahın plastik hissələri yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31