Neftçala rayonu, Qədimkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli yarımtikili evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31