Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar azirliyindən verilən məlumata görə, ümumi sahəsi 72 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31