Paytaxtda qətl törədilib
6 Yanvar 2016 14:17 KriminalYanvarın 4-də Səbail rayonunun Bülbül prospektindən 25-30 yaşlı kişi ayaq nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və qanitirmədən ölmüşdür. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilənin Füzuli rayon sakini Tural Abbasov olması müəyyən edilmiş və hadisəni törətmiş Şərur rayon sakini Sadiq Fətullayev tutulmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31