Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini Lalə Salmanovanın 500 ABŞ dollarını, 20 manatını və qızıl qolbağını soyğunçuluq yolu ilə almış həmyerlisi Murad Muradi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31