“Akkord”un səhlənkarlığı daha bir nəfərin həyatına son qoydu

Mingəçevirdə işçinin başına daş düşdü

"Akkord" Şirkətlər Qrupunun tikinti briqadasında səhlənkarlıq bir nəfərin həyatına son qoyub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Mingəçevir şəhərində baş verib. Mayın 9-da şəhər ərazisində "Akkord" MMC tərəfindən aparılan tikinti sahəsində təhlükəsizlik tədbirləri görülmədiyindən orada işləyən Polad Cəfərovun başına daş düşüb. Yaralı ağır xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Polad Cəfərov aldığı xəsarətdən xəstəxanada keçinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31