Gədəbəy Mis Mədənində yanğın

Gədəbəydə Mis Emalı Mədənində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 9-da baş verib. Mədənin ərazisində ümumi sahəsi 80 kvadrat metr olan vaqon tipli yataqxananın yanar konstruksiyaları və içərisindəki əşyalar 35 kvadrat metr sahədə yanıb. Vaqonun qalan hissəsi və yaxınlıqdakı digər vaqonlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31