Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində ümumi sahəsi 14 kvadratmetr olan yardımçı otaqda yanğın baş verib. DİN-dən verilən məlumata görə, nəticədə yardımçı otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada usta işləmiş Ağcabədi rayon sakini Abbas Aslanovun yanmış meyidi tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31