Sabunçuda həyətdən avtomat tapılıb

Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Nüsrət Əliməmmədov həyətində olan köhnə boruların içərisindən "AKM" markalı silah, 1 ədəd sandıq və 42 ədəd avtomat patronu tapıb. N.Əliməmmədov tapdığı silahları 15-ci PB-yə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31