Bakıda məşhur qızıl dükanının sahibəsinin qətli ilə bağlı iki maddə ilə cinayət işi başlanıb
5 Yanvar 2016 15:20 KriminalBakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
***
Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub. APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib. İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.