Qəzaya uğrayan motoskletin sürücüsü ölüb

Lənkaranda ölümlə nəticələnən yol-nəqlıiyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 4-də saat 14 radələrində Lənkəran rayonunun Zöhlə kəndində Masallı rayon sakini Amid Dostəliyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillə rayon sakini Ayaz Salayevin idarə etdiyi "Muravey" markalı motosiklet toqquşub. Nəticədə A.Salayev hadisə yerində ölüb, A.Dostəliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31