Oğrunun evindən tiryək çıxdı
5 Yanvar 2016 14:35 KriminalDİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-də Rəşid Kazımova və Əfqan Məmmədova məxsus avtomobillərdən akkumulyator oğurlamış şəhər sakini Cavid Şirməmmədov tutulublar. Həmçinin yanvarın 3-də Corat qəsəbəsində qəsəbə sakini Hüseyn Quliyevə məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş həmyerlisi R.Səfərov saxlanılıb. Ondan 53,254 qram, yaşadığı evə baxış zamanı isə 396,004 qram tiryək aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31