Beyləqanda 5 otaqlı ev yanıb
5 Yanvar 2016 13:14 KriminalBeyləqan rayonu, Birinci Şahsevən kəndində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumara görə, nəticədə ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31