Salyan rayonu, Quyçu kəndində 8 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumara görə, nəticədə ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində qamışdan ibarət tavan və dam örtüyünün yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31