Yevlaxda üçmərtəbəli binada yanğın olub

Yevlax şəhərində hal-hazırda fəaliyyət göstərməyən üçmərtəbəli tikilidə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumara görə, nəticədə hər mərtəbəsi 250 kv.m olan üçmərtəbəli tikilinin 2-ci mərtəbəsində 1 ədəd elektrik lövhəsi yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31